Snoop Dogg

Snoop Dogg
Ümumi məlumatlar
Doğum adı Calvin Cordozar Broadus Jr.
Ləqəbləri Snoop Dogg, Snoop Doggy Dogg, Snoop Lion, Bigg Snoop Dogg, Snoopzilla, Berhane
Doğum tarixi 20 oktyabr 1971(1971-10-20)[1][2][…] (52 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 4
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], musiqi prodüseri, musiqi şirkəti idarəçisi[d], aktyor, aktivist, təşəbbüskar, iş adamı, səsləndirmə aktyoru[d], repçi
Fəaliyyət illəri 1991-ci ildən
Janrlar hip-hop[d], Qərb Sahili hip-hopu[d], g-funk[d], qenqsta-rep[d], reqqi, müasir R&B[d], hardkor hip-hop[d], horrorkor[d], fank[d]
Albom şirkətləri Empire Distribution[d], Doggy Style Records[d], RCA Inspiration[d], Interscope Records, No Limit Records[d], Priority Records[d], Geffen Records[d], RCA Records[d]
Üzvlüyü
snoopdogg.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Snoop Dogg (ing. Calvin Cordozar Broadus Jr.; 20 oktyabr 1971[1][2][…], Lonq-Biç, Kaliforniya[3]) — amerikalı repçi, aktyor. 1992-ci ildə Dr. Dre ilə çoxsaylı əsərlərə imza ataraq məşhurlaşıb. Snoop Dogg ABŞ-də 23 milyondan çox, dünya üzrə isə 35 milyondan çox albom satmağa müvəffəq olmuşdur. O, "Amerika Musiqi" mükafatı və "Praymtaym Emmi" mükafatı laureatıdır, 17 dəfə "Qremmi" mükafatına namizəd olmuşdur.

"Doggystyle" Snoop Dogg-un 1993-cü ildə buraxdığı ilk solo albomu olmuşdur. Albomun prodüserliyini əfsanəvi Dr. Dre etmişdir. Death Row Records tərəfindən buraxılan bu albom Snoop Dogg-a böyük uğur qazandırmışdır. Albom ilk həftəsində 800.000 nüsxə satmağa müyəssər olmuşdur. Sonrakı illər RIAA tərəfindən dörd dəfə platin sertifikatı almışdır. Albomdan iki mahnı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur. "What's My Name?" və "Gin and Juice" trekləri o vaxtlar musiqi dinləyiciləri arasında çox məşhur idi. 1994-cü ildə Snoop Dogg, "Murder Was the Case" adlı qısametrajlı filmdə baş rolda çəkilmişdir. O, bu film üçün saundtrek də təqdim etmişdir. Onun ikinci albomu "Tha Doggfather" 1996-cı ildə buraxılıb. Bu albom çartlarda bir nömrə idi.

  1. 1 2 https://books.google.fr/books?id=10rEGSIItjgC&lpg=PA1313&ots=AT5SelSYSU&dq=Snoop%20Dogg%201971&hl=fr&pg=PA1313#v=onepage&q=Snoop%20Dogg%201971&f=false.
  2. 1 2 Snoop Dogg // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #122163931 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 LIBRIS. 2007.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search